Konfrans Liqası: Bu gün daha 10 komanda pley-offa vəsiqə qazana bilər

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, 8 qrupda 16 matçın hamıı eyni gündə oynanılacaq. Bu görüşlərdən sonra pley-offun daha 10 iştirakçısı müəyyənləşə bilər.

A qrupunda "Fiorentina" (İtaliya), B qrupunda "Silkeborq" (Danimarka), C qrupunda "Lex" (Polşa), D qrupunda "Partizan" (Sserbiya), E qrupunda "AZ Alkmaar" (Niderland) və "Dnepr-1" (Ukrayna), F qrupunda "Molde" (Norveç), G qrupunda "Sivasspor" (Türkiyə), H qrupunda isə "Bazel" (İsveçrə) və "Pünik" (Ermənistan) 1/8 finala vəsiqəni təmin etməyə yaxındırlar.

Qeyd edək ki, daha əvvəl Türkiyənin "Başakşehir", İngiltərənin "Vest Hem", İspaniyanın "Vilyarreal" və İsveçin "Yuroqrden" komandaları qrupdan çıxmağı təmin ediblər.

UEFA Konfrans Liqası, qrup mərhələsi, 5-ci tur

27 oktyabr

A qrupu

20:45. "Fiorentina" (İtaliya) - "Başakşehir" (Türkiyə)

23:00. "Harts" (Şotlandiya) - RFŞ (Latviya)

Xallar: "Başakşehir" - 10, "Fiorentina" - 7, "Harts" - 3, RFŞ - 2

B qrupu

20:45. "Anderlext" (Belçika) - "Styaua" (Rumıniya)

23:00. "Vest Hem" (İngiltərə) - "Silkeborq" (Danimarka)

Xallar: "Vest Hem" - 12, "Silkeborq" - 6, "Anderlext" - 4, "Styaua" - 1

C qrupu

20:45. "Vilyarreal" (İspaniya) - "Hapoel" (Ber-Şeva, İsrail)

20:45. "Austriya" (Vyana, Avstriya) - "Lex" (Polşa)

Xallar: "Vilyarreal" - 12, "Lex" - 5, "Hapoel" - 3, "Austriya" - 1

D qrupu

20:45. "Slovaçko" (Çexiya) - "Köln" (Almaniya)

20:45. "Nitsa" (Fransa) - "Partizan" (Serbiya)

Xallar: "Partizan" - 8, "Nitsa" - 5, "Köln" - 4, "Slovaçko" - 4

E qrupu

20:45. "Vaduts" (Lixtenşteyn) - "AZ Alkmaar" (Niderland)

23:00. "Dnepr-1" (Ukrayna) - "Apollon" (Limassol, Kipr)

Xallar: "AZ Alkmaar" - 9, "Dnepr-1" - 7, "Apollon" - 4, "Vaduts" - 2

F qrupu

23:00. "Molde" (Norveç) - "Yurqorden" (İsveç)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Gent" (Belçika)

Xallar: "Yurqorden" - 10, "Molde" - 7, "Gent" - 4, "Şemrok Rovers" - 1

G qrupu

23:00. "Balkani" (Kosovo) - "Slaviya" (Praqa, Çexiya)

23:00. "Sivasspor" (Türkiyə) - ÇFR (Rumıniya)

Xallar: "Sivasspor" - 7, ÇFR - 7, "Slaviya" - 4, "Balkani" - 4

H qrupu

23:00. "Bazel" (İsveçrə) - "Jalgiris" (Litva)

23:00. "Slovan" (Bratislava, Slovakiya) - "Pünik" (Ermənistan)

Xallar: "Bazel" - 7, "Pünik" - 6, "Slovan" - 5, "Jalgiris" - 4