Konfrans Liqası: "Qarabağ"ın rəqibləri heç-heçə etdi

Konfrans Liqasının "Qarabağ"ın yer aldığı H qrupunda ilk turun oyunu keçirilib.

Sportline.az xəbər verir ki, Qazaxıstanın "Kayrat" klubu Kipr təmsilçisi "Omoniya"nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, qrupun digər matçında "Qarabağ" "Bazel"i (İsveçrə) qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

H qrupu

18:30. "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) - 0:0