Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, İsrail “Makkabi”sinin (Təl-Əviv)  hücumçusu Stipe Peritsa qrup mərhələsinin ilk turunun ən yaxşısı seçilib. O, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə “Roma”dan Lorenso Pelleqrini, “Kopenhagen”dən Yonas Vinn, LASK-dan Dario Mareşiçi qabaqlayıb.
 
Qeyd edək ki, Peritsa qrup mərhələsinin ilk turunda Ermənistan “Alaşkert”inə 4:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurub, 1 qolun ötürməsini verib.