Konseysao Avropa nəhənglərinin radarındadır
"Palmeyras"ın futbolçusu Eduardo Konseysao yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Mançester Siti" və "Barselona" 16 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda "The Times" nəşri məlumat yayıb.
Qeyd edək ki, E.Konseysao cari mövsüm meydana çıxdığı 13 matçda 5 qol, 3 asistlə yadda qalıb.