Konte argentinalı futbolçunu komandasında görmək istəyir

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço klubdan ayrılmağa hazırlaşır.

Sportline.az "Sky Sports" kanalına istinadən xəbər verir ki, "Napoli"nin baş məşqçisi Antonio Konte 20 yaşlı futbolçunu komandasında görmək istəyir.

Qarnaçonun hazır ki dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Alexandronun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O cari mövsüm çıxış etdiyi 36 matçda 8 qol və 6 asistlə yadda qalıb.