"Konyaspor" heyətini qapıçı ilə gücləndirib

Super Liqa klublarında "Konyaspor" qapıçı Yavuz Aygünü transfer etdiyini açıqlayıb.

Sportline.az Konya klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 28 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Futbolçunun imza mərasimi klubun yay hazırlıqlarını davam etdirdiyi Sloveniyada keçirilib.O, yeni komandasında 69 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, türkiyəli qapıçı daha əvvəl "Alanyaspor", "Karagümrük" və "Boluspor" kimi klubların uğurları üçün çalışıb.