"Kopenhagen" fanatları qalmaqala səbəb oldu
Danimarka Super Liqasında ötən gün keçirilən "Bröndbü" - "Konpenhagen" görüşü qalmaqalla yadda qalıb. SportLine.az xəbər verir ki, meydan sahiblərinin oyunun son dəqiqəsində vurduğu qol aranın qarışmasına səbəb olub. "Kopenhagen" azarkeşlərinin aqressiv hərəkətləri iki komandanın azarkeşləri arasında qarşıdurma ilə nəticələnib.
Qeyd edək ki, "Kopenhagen" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibidir.