Koronavirusu heçə sayan 16 min azarkeş stadiona axın etdi
Serbiya kubokunun yarımfinalında iyunun 10-da keçirilən “Partizan” – “Srvena Zvezda” matçında (1:0) azarkeşlər stadiona buraxılıb.
Sportline.az xəbər verir ki, koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, əzəli rəqiblərin matçını tribunalardan 16 min azarkeş izləyib.
Azarkeşlərin aralarında 1 metr məsafə saxlaması şərti ilə stadionun yalnız yarısının doldurulmasına icazə verilib.
Ancaq videodan da görünür ki, fanatlar sosial məsafə qaydalarına əməl etməyiblər.