Kosova Serbiyanı UEFA-ya şikayət edib
Kosova millisi Serbiya-İngiltərə oyununda serb azarkeşlərin Kosova əleyhinə etdiyi şüarlara görə UEFA-ya şikayət edib.
Sportline.az xəbər verir ki, bu barədə Ntvspor.net saytı məlumat verib.
Kosovo Futbol Federasiyası açıqlamasında AVRO 2024-də bu cür mesajların və çağırışların maneəsiz şəkildə nümayiş etdirilməsini “mənasız və absurd” adlandırıb.
AVRO-2024-ün C qrupunda dünən keçirilən Serbiya - İngiltərə matçı İngiltərənin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, Kosova millisi Avropa Çempionatının seçmə mərhələsində qrupunu 5-ci pillədə tamamlayaraq turnirdən kənarda qalıb.