Kosova - Türkiyə matçını ingiltərəli hakim idarə edəcək

Türkiyə millisinin vacib oyununun hakimi bəlli olub.

Sportline.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının Avropa zonası pley-off mərhələsinin finalında keçiriləcək Kosovo – Türkiyə qarşılaşmasını ingiltərəli referi Maykl Oliver idarə edəcək.

Görüş Kosovonun paytaxtı Priştinada yerləşən "Fadil Vokkri" stadionunda baş tutacaq və start fiti 31 mart saat 22:45-də (Bakı vaxtı) səslənəcək.