"Koventri" millimizin üzvü ilə maraqlanır

İngiltərənin "Koventri" klubu millimizin forvardı Renat Dadaşovun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, Çempionşip təmsilçisi,  "Vulverhempton"un 21 yaşlı hücumçusunu icarəyə götürməyi planlaşdırır.

Dadaşovun baş məşqçi Mark Robinsin diqqətində olduğu bildirilib. 

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib.

Futbolçumuz, mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.