Kriştianu Ronaldu dördüncü dəfə ata oldu
Portuqaliya millisinin və Madrid "Real"ının lideri Kriştianu Ronaldunun dördüncü uşağı dünyaya gəlib. SportLine.az xəbər verir ki, bu barədə futbolçunun özü "Instagram" hesabında məlumat verib.
Yeni doğulan qıza Alana Martina adı verilib. Onu Ronaldunun sevgilisi Corcina Rodriges dünyaya gətirib.
Qeyd edək ki, Kriştianu Ronaldunun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianunun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.