Kriştianu Ronaldudan Lamin Yamal açıqlaması

Dünya futbolunun ulduzu Kriştianu Ronaldu “Barselona”nın gənc ulduzu Lamin Yamal barədə danışıb.

Sportline.az “Ur Cristiano” kanalına istinadən xəbər verir ki, 39 yaşlı portuqaliyalı “You-Tube" kanalına dəvət etdiyi Rio Ferdinand ilə birgə video paylaşıb. Həmin videoda Lamin Yamal barədə danışan Ronaldu bu fikirləri səsləndirib: “Mən Lamin Yamalda böyük istedad görürəm. Əgər onun qarşısına hansısa problem çıxmasa, dövrünün ən yaxşı oyunçularından biri olacaq".

 Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün türnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 4 qol 4 assitlə yadda qalıb.