"Kristal Pelas" Matetanı satmaq fikrində deyil
"Kristal Pelas" forvardı Jan Filipp Matetanı satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
London klubu 28 yaşlı futbolçuya yeni sözləşmə təklif edib.
Qeyd edək ki, Matetanın klubla hazırki müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 8 qol, 1 asistlə yadda qalıb.