"Kristal Pelas" və "Bayer" transfer yarışına girib
"Mançester Siti"nin isveçrəli futbolçusu Manuel Akanji bu yay komandasını dəyişə bilər.
Sportline.az jurnalist Nikola Şıkıriyanın məlumatına istinadən xəbər verir ki, "Kristal Pelas" və "Bayer" 30 yaşlı stopperi heyətinə qatmağı planlaşdırır.
Akanjinin transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçu ilə "Qalatasaray"da maraqlanır.