"Kristal Pelas"dan "Aston Villa"ya doğru

Jan-Filipp Mateta karyerasını "Aston Villa"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

"Aston Villa" 28 yaşlı forvard üçün "Kristal Pelas"la danışıqlara başlayıb.

Qeyd edək ki, Mateta cari mövsüm meydana çıxdığı 33 matçda 10 qol, 2 asistlə yadda qalıb.