“Kristal Pelas”dan “Mançester Yunayted”ə doğru
"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Varton "Mançester Yunayted"in əsas transfer hədəfidir.
Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
21 yaşlı futbolçunun London klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözügedən oyuçunun meneceri "Mançester Yunayted"lə təmas halındadır.
A.Varton bu mövsüm meydana çıxdığı 17 oyunda 2 asistlə yadda qalıb.