"Kristal Pelas"ın yanvar ayı üçün planı bəlli olub
"Kristal Pelas" yanvar ayında heyətinə yeni futbolçu transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, klubun əsas hədəfi "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Co Villokdur.
"Tele Football" nəşrinin yaydığı məlumata görə, London klubu bu keçid üçün qarşı tərəfə 21 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Co Villokun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.