Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kuba millisinin voleybolçusu Yamisleydis Viltres Meksikada keçirilən Panamerika Kubokunda yığmanın düşərgəsindən qaçıb.

Sportline.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı oyunçu avqustun 27-də gecə saatlarında komandanın qaldığı oteldən ayrılıb.

Bu, Kubanın ABŞ yığmasına məğlub olmasından sonra baş verib. Ertəsi gün Kuba seçməsinin məşqçilər korpusu voleybolçulara mobil telefondan istifadəni qadağan edib.

Son bir ildə bu komandadan 30-a yaxın oyunçunun qaçdığı bildirilir.

Qeyd edək ki, Yamisleydis Viltres son olaraq Rusiyada "Uraloçka-NTMK" klubunun formasını geyinib.