Kubokun finalı bu stadionda oynanılacaq
“Qarabağ” və “Neftçi” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşib.
SportLine.az PFL-ə istinadən xəbər verir ki, kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
25 mayda keçiriləcək görüşdə nominal meydan sahibi “Qarabağ” olacaq. Final görüşünün başlama vaxtı ilə bağlı məlumat veriləcək.