Kukurelya "Çelsi"də qalacaq

"Çelsi"nin ispaniyalı futbolçusu Mark Kukurelya klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, futbolçu London klubunda xoşbəxtdir.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, "Çelsi"nin rəhbərliyi Kukurelyaya yeni müqavilə təklif edəcək.

27 yaşlı sol cinah müdafiəçisinin hazırkı sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.