Kukurelya qayıtmaq istəyir

Mark Kukurelya "Barselona"ya qayıdışa açıqdır, lakin katalon klubu transferi planlaşdırmır.

Sportline.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi Mark Kukurelya klubdakı vəziyyətdən narazıdır və “Barselona”ya qayıtmağa açıqdır.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspan futbolçu Londondakı rolundan məmnun deyil və keçmiş klubu ilə yenidən birləşmə variantını nəzərdən keçirir.

Lakin “Barselona” rəhbərliyi 27 yaşlı müdafiəçinin transferini gündəmdən çıxarıb. Klubun fikrincə,

Kukurelyanın potensial transfer qiyməti yüksəkdir və bu, hazırda daha sərfəli sayılan Joao Kanselunun transferi ilə müqayisədə daha az prioritetdir.

Kanselu “Barselona”da icarə əsasında çıxış edərkən göstərdiyi performansla klub rəhbərliyinin rəğbətini qazanıb.

Qeyd edək ki, katalon klubu maliyyə səbəblərinə görə daha ucuz və uyğun variantlara üstünlük verməyi planlaşdırır.