Kunya "Vulverhempton"u tərk edə bilər
"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya klubdan ayrıla bilər.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Nottingem Forest", "Çelsi", "Arsenal", "Tottenhem" və "Mançester Yunayted" Kunyanın xidmətində maraqlıdır.
25 yaşlı hücumçu cari mövsüm çıxış etdiyi 22 matçda 10 qol və 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Kunyanın "Vulverhempton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.