"Kür" Avropa Kubokunda mübarizəni dayandırıb

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxıb.

Sportline.az xəbər verir ki, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunub.

Moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyukun idarə etdiyi görüş rəqibin 38:27 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Kür" Avropa Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, İslandiya təmsilçisi ötən gün baş tutan ilk oyundan da qalib ayrılmışdı - 30:25.