Kurban Berdıyev: "Qarabağ" qələbəyə layiq idi"
"İki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı".
Sportline.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bildirib ki, görüşdəki atmosfer kifayət qədər yaxşı idi: "Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. "Qarabağ"ın daha yaxşı oynadığını deyə bilərəm".
Berdıyev qrupdan çıxmaq şanslarından da danışıb: "Bugünkü oyundan sonra şanslarımız daha azdır. Amma şanslar qaldığı müddətdə mübarizəni davam etdirəcəyik".