Kyeza A Seriyasında "Yuventus"un əsas hədəfini açıqlayıb

"Yuventus"un cinah oyunçusu Federiko Kyeza İtaliya çempionatının bu mövsümündə komandasının hədəflərindən danışıb.

Sportline.az xəbər verir ki, bu barədə futbolçu insayder Alfredo Pedullaya açıqlama verib.

“Bu mövsüm Çempionlar Liqasına qayıtmaq üçün ilk 4-lüyə düşmək istəyirik. İndi biz baş məşqçinin bizə aşıladığı müasir futbolu göstərməyə çalışırıq”, - deyə Kyeza bildirib.

A Seriyasının 6 turundan sonra "Yuventus"un 13 xalı var və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.