Kyeza "Liverpul"dan ayrılmaq istəyir
"Liverpul"un italiyalı futbolçusu Federiko Kyeza klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, Kyeza "Liverpul"da xoşbəxt olmadığını söyləyib.
Qeyd edək ki, F.Kyeza avqust ayında "Yuventus"dan "Liverpul"a 12 milyon avro qarşılığında transfer olmuşdu.
O cari mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 4 matçda 1 asistlə yadda qalıb.