Lamin İngiltərə klubuna transfer olacaq
"Monako"nun futbolçusu Lamin Kamara karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Nyukasl" sözügedən yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Kamara dəyəri 30 milyon avrodur.