Lamin karyerasını İngiltərədə davam etdirə bilər

"Monako"nun futbolçusu Lamin Kamara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

22 yaşlı oyunçu ilə "Mançester Yunayted" və "Nyukasl" klubları yaxından maraqlanır.

Qeyd edək ki, L.Kamaranın dəyəri 30 milyon avrodur.