"Lans"dan "Nyukasl"a doğru
"Lans"ın qapıçısı Robin Risser "Nyukasl"a transfer ola bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
21 yaşlı futbolçunun dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, R.Risser cari mövsüm meydana çıxdığı 29 matçda qapısında 27 top görüb.