Laport İstanbul klubuna transfer ola bilər
"Beşiktaş” klubu “Əl-Nəsr”in futbolçusu Aymerik Laportu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, futbolçunun adı əvvəllər də “Beşiktaş”la hallanmışdı.
Bildirilir ki, bundan əvvəl Aymerik Laport "Atletik Bilbao" ilə razılıq əldə edib.
“Əl-Nəsr” sənədləri təqdim edənə qədər La Liqada transfer pəncərəsi bağlandığı üçün transfer reallaşmayıb.
"Beşiktaş" Laportun agenti ilə əlaqə saxlayıb.
Futbolçu əksər ölkələrdə transfer pəncərəsi bağlandığı üçün "Beşiktaş"ın təklifini nəzərdən keçirməyə razılaşıb.