“Latsio” Genduzinin yerini doldurdu

“Fənərbağça” ilə Matteo Genduzi transferi üzrə razılığa gələn “Latsio” fransız yarımmüdafiəçinin boşluğunu gözləmədən doldurub.

Sportline.az xəbər verir ki, Roma təmsilçisi yeni orta sahə oyunçusu üçün “Ayaks”la anlaşma əldə edib.

 Qış fasiləsində daha bir transferi yekunlaşdırmağa yaxın olan “Fənərbağça” “Latsio”nun futbolçusu Matteo Genduzi ilə razılaşıb.

26 yaşlı yarımmüdafiəçi transfer prosedurlarının tamamlanması üçün artıq İstanbula gətirilib.