"Latsio"dan minimal hesablı qələbə
İtaliyanın “Latsio” komandası yeni mövsüm üçün təlim-məşq toplanışındadır.
Sportline.az xəbər verir ki, Roma təmsilçisi hazırlıqda növbəti yoxlama görüşü keçirib.
Aşağı liqa təmsilçilərindən “Triestina” ilə 2:2 hesablı heç-heçə edən “Latsio”nun budəfəki rəqibi “Padova” olub. Baş məşqçi Simone İndzagi bu görüşdə aparıcı futbolçulara istirahət verib. Əsasən gənclərin mübarizəsində ilk hissədə hesab açılmayıb.
Fasilədən sonra hücumlarının sayını artıran “Latsio” istəyinə son dəqiqələrdə çatıb. 88-ci dəqiqədə “Padova”nın qapıçısı topu tutmağa çalışarkən səhvə yol verib. Luis Alberto fərqlənib.
Beləliklə, “Latsio” minimal hesablı qələbə qazanıb.