"Latsio"nun yeni baş məşqçisinin adı açıqlandı

“Latsio”nun yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. SportLine.az xəbər verir ki, Roma təmsilçisinin sükanı Marselo Byelsaya həvalə olunub. O, İtaliya paytaxtına öz köməkçiləri ilə gələcək. Xatırladaq ki, argentinalı mütəxəssis son iş yeri Fransanın “Marsel” klubunu ötən ilin avqustunda tərk etmişdi.