Lautaro “Barselona” yolunda

"İnter"in hücumçusu Lautaro Martinez yayda "Barselona"ya keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

28 yaşlı oyunçunun transfer qiyməti 100 milyon avrodur.

Qeyd edək ki, Lautaro cari mövsüm meydana çıxdığı 23 oyunda rəqib qapılarından 13 top keçirib.

Onun Milan təmsilçisi ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.