Lautaro "İnter"in çempionluğunu belə qeyd edib

"İnter"in əsas "qol silahı" Lautaro Martines komandanın çempionluğunu fanatlarla qeyd edib.

Sportline.az xəbəbr verir ki, argentinalı futbolçu səhər saat 4-dək çempionluq sevincini azarkeşlərlə bölüşüb.

Oyundan sonra Milan küçələrinə axışan "İnter" tiffoziləri qələbə şüarları sasləndirib, sevimli futbolçularına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, "İnter" ötən gecə əzəli rəqibi "Milan" üzərindəki 2-1 hesablı qələbə ilə sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, "neradzurri"nin sayca 20-ci çempionluğudur.