Lautaro Martinez “İnter”in bombardiri olub
Dünya çempionu Argentina yığmasının hücumçusu Lautaro Martines İtaliya çempionu "İnter"in Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, o, Çempionlar Liqasında 18 qol vurub. Lautaro Martines 17 qolla "İnter"in keçmiş futbolçusu, italiyalı yarımmüdafiəçi Sandro Mazzolanı qabaqlayıb.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “İnter” Hollandiyanın “Feyenord” klubuna 2:0 hesabı ilə qalib gəlib. Martines və fransalı hücumçu Markus Tyuram qol vurub. Martines qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.