Leao "Milan"dan ayrıla bilər - London klubu portuqaliyalı futbolçuya elçi düşdü

"Milan"ın rəhbərliyi ilə problem yaşayan Rafael Leao yayda klubu tərk etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, 26 yaşlı oyunçu "Çelsi"dən təklif alıb.

Bu haqda jurnalist Samuel Lukhurst məlumat yayıb.

Qeyd edək ki, Leaonun transfer qiyməti 70 milyon avrodur.

O, bu mövsüm meydana çıxdığı 27 oyunda 10 qol, 3 asistlə yadda qalıb.