Leao "Milan"ı tərk edir
"Milan"ın futbolçusu Rafael Leao yayda klubdan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu ilə "Barselona", "Paris Sen-Jermen" və "Arsenal" yaxından maraqlanır.
Qeyd edək ki, Leaonun "Milan"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.