Leao qərarını verdi

"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao yayda klubdan ayrılmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted", "Çelsi" və "Arsenal" 26 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Bu haqda "The Hard Tackle" nəşri məlumat yayıb.

Qeyd edək ki, Leao cari mövsüm meydana çıxdığı 29 matçda 10 qol, 3 asistlə yadda qalıb.