"Leipziq" "Liverpul"un futbolçusuna göz qoydu
"Liverpul"un ingiltərəli futbolçusu Harvi Elliyot karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Leipziq" 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
H.Elliyot Mersisayd klubundan ayrılmaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, futbolçunun meneceri hazırda Almaniyadadır.