Leitao Brito: "Argentinadan fərqli olaraq biz meydana daha rahat çıxacağıq"

Dünya çempionatında mübarizə davam edir. 1/16 final mərhələsində debütant Kabo-Verde millisi son Dünya çempionu Argentina ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, tarixi oyuna çıxacaqlarını bildirən Kabo-Verde millisinin baş məşqçisi Leitao Brito Argentina ilə görüşü futbol tarixlərində ən əhəmiyyətli qarşılaşma kimi dəyərləndirib:

“Bu gün Kapo-Verdedə valideynlər və uşaqlar öz ölkələrinin Dünya Çempionatında necə tarix yazdığını qürurla izləyirlər və biz bu xəyalı daha da irəli aparmaq istəyirik. Müdafiə xəttimiz indiyə qədər olduğundan daha mütəşəkkil olmalı, kollektiv şəkildə topu qazandıqdan sonra rəqibi sürətli əks-hücumlarla cəzalandırmağa çalışmalıdır. Argentinadan fərqli olaraq biz meydana daha rahat çıxacağıq. "

Banner