Lempard London klubunu çalışdıra bilər

Frank Lempard mövsümün sonunda “Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasneri əvəzləmək üçün əsas namizədlərdən biri hesab olunur.

Sportline.az xəbər verir ki, klubun sahibi Stiv Periş əfsanəvi “Çelsi” futbolçusuna uzun müddətdir böyük rəğbət bəsləyir.

Lempardın hazırda “Koventri”də gördüyü işlər onun nüfuzunu artırıb və bir neçə Premyer Liqa klubunun diqqətini cəlb edib.