Lənkəranda vurulan qolun əks-sədası Avropa mətbuatında
Futbol üzrə Azərbaycan çempionatında vurulan qollar da ara bir müxtəlif top onluqda yer alır. Bugünlərdə daha bir belə məqam qeydə alınıb. Ukrayna mətbuatının tərtib etdiyi həftənin onluğunda Bakı "İnter"inin futbolçusu Nika Kvekveskirinin mükəmməl zərbəsi də var. Xatırladaq ki, Topaz premyerliqasının 26-cı turuna təsadüf edən həmin qolla "İnter" Lənkəran səfərindən qələbəylə dönmüşdü