Leon Beyli "Roma"ya transfer olub
"Roma" yeni transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, İtaliya klubu "Aston Villa"nın yamaykalı futbolçusu Leon Beylini icarə əsasında heyətinə qatıb.
Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Roma" "Aston Villa"ya 2 milyon avro ödəyəcək.
Oyunçunun müqaviləsində satın alma maddəsi var.
Xatırladaq ki, "canavarlar" Beylini birdəfəlik transfer etmək istəsələr klubu "Aston Villa"ya 22 milyon avro ödəməlidir.