"Lester" çempionluğu rəsmiləşdirə bilmədi

İngiltərə Premyer Liqasında 36-cı turun görüşləri keçirilir. SportLine.az xəbər verir ki, günün mərkəzi oyununda "Mançester Yunayted" "Lester"i qəbul edib. 

Son turlar inamlı təsir bağışlayan "Qırmızı şeytanlar" erkən qolla önə keçsələr də, hesabı qoruya bilməyiblər. Az sonra hesabı bərabərləşdirən "tülkülər" sonadək 1:1 hesabını qoruyublar. 

Qeyd edək ki, "Lester" matçı qələbə ilə bitirsəydi, çempionluğu rəsmiləşdirəcəkdi.

01 may 2016
Premyer Liqa, 36-cı tur


"Mançester Yunayted" - "Lester" - 1:1
QOLLAR: 
Marsial, 8 (1:0), Morqan, 17 (1:1)