"Lester"in futbolçusu ən yaxşı seçildi
İngiltərədə mövsümün ən yaxşı futbolçuları müəyyənləşib.
SportLine.az xəbər verir ki, Peşəkar Futbolçular Assosiasiyasının tərtib etdiyi siyahıya görə, "Lester"in yarımmüdafiəçisi Riyad Mahrez mövsümün ən yaxşısıdır. O, 34 oyunda 17 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
"Tottenhem"li Dele Alli isə ən yaxşı gənc oyunçu nominasiyasında qalib olub. 20 yaşlı hücumçunun aktivində 32 oyuna 10 qol, 9 məhsuldar ötürmə var.