Levandovski karyerasını MLS-də davam etdirə bilər
"Barselona"nın forvardı Robert Levandovski karyerasını MLS-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Çikaqo Fayr" klubu sözügedən hücumçu ilə yaxından maraqlanır.
Bu haqda jurnalist Nizaar Kinsella məlumat yayıb.
Qeyd edək ki, R.Levandovski cari mövsüm meydana çıxdığı 17 matçda 8 qol, 2 asistlə yadda qalıb.