Levandovski maaşının azalmasına razıdır

“Barselona”nın polşalı forvardı Robert Levandovski klubla yeni müqavilə imzalamaq üçün maaşının azaldılmasına razı olub.

Sportline.az xəbər verir ki, təcrübəli oyunçunun Kataloniya klubu ilə hazırki sözləşməsi 2026-cı ilin yayına qədərdir.

“Fichajes” nəşrinin yaydığı məlumata görə, “Fənərbağça” Levandovski ilə yaxından maraqlanır.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 17 matçda 8 qol, 2 asistlə yadda qalıb.