Levandovski MLS-də çıxış etməyə yaxındır
Robert Levandovski ilə "Çikaqo Fayr" arasında transfer danışıqları gedir.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Polşalı futbolçunun mövcud müqaviləsi mövsümün sonunda başa çatır və MLS komandası onu azad agent kimi gətirmək istəyir.
Bildirilir ki, Levandovski də bu keçidə müsbət yanaşır.